Bu ölkə Ukraynaya yeni silahlar göndərir

Belçika Ukraynaya minlərlə pulemyot və tank əleyhinə silahlar göndərəcək.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri Alexander De Kroo məlumat verib.

O bildirib ki, Ukraynaya 200 tank əleyhinə silah, 3 800 ton yanacaq və qoruyucu vasitələr aparılacaq.

Qeyd edək ki, bundan əvvəl İspaniya Ukraynaya 200 ton sursat və iyirmi zirehli maşın göndərmişdi.