Bu ölkə viza rüsumlarını AZALDACAQ

Çinin xaricdəki səfirlikləri və konsulluqları vizanın rəsmiləşdirilməsinin cari dəyərini 75%-nə qədər azaldacaq.

Yenicag.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin brifinq zamanı bildirib.

Onun sözlərinə görə, söhbət 2023-cü il dekabrın 11-dən 2024-cü il dekabrın 31-dək qüvvədə olacaq müvəqqəti tədbirdən gedir.

Bildirilib ki, Çin ölkə vətəndaşlarının xaricə səyahət imkanlarını sadələşdirmək, eləcə də turizmin inkişafı ilə bağlı işləri davam etdirmək niyyətindədir./İqtisadiyyat.az