Bu ölkə yüksək xərclərə görə pul çapını dayandırdı

Bahalı olduğuna görə, Argentina Mərkəzi Bankı 1000 (0,98 ABŞ dolları) və 2000 (1,9 dollar) peso nominalında əskinasların buraxılmasından imtina edib.

Yenicag.az xəbər verir ki, bu barədə Argentinanın “Nacion” nəşri məlumat yayıb.

Mövcud məlumata görə, Mərkəzi Bank milli zərbxana ilə əskinasların buraxılması üzrə mövcud müqaviləyə xitam verib. Onun işçiləri məcburi məzuniyyətə göndərilib. Qəzetin mənbəsi bu qərarı ölkədə 1000 və 2000 peso əskinasların kifayət qədər tədarükü, həmçinin onların çapına çəkilən xərclərin yüksək olması ilə izah edib.

Argentina daha böyük əskinaslara olan ehtiyacını Çindən tədarükü hesabına ödəyəcək. Belə ki, ilin sonunadək Çində çap olunmuş nominal dəyəri 20 min peso (19,6 dollar) olan əskinaslar ölkəyə gələcək.

COP29