Bu ölkədə 27 nəfər istilərin qurbanı oldu

Cənubi Koreyada istilər nəticəsində ölənlərin sayı 27-yə yüksəlib.

Yenicag.az xəbər verir ki, beləlikdə ölkədə müşahidə edilən həddindən artıq istidən ölənlərin sayı 2018-ci ildən bəri ən yüksək rəqəmə çatıb.

Cənubi Koreya Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin məlumatlarına görə, ölkə ərazisində mövsümi normaları aşan temperatur həyata mənfi təsir göstərməkdə davam edir.