Bu ölkədə 600-ə yaxın aviareys ləğv edildi

ABŞ-da 600-ə yaxın daxili və beynəlxalq reys ləğv edilib və 2 500-dən çox reys gecikir.

Yenicag.az xəbər verir ki, bu barədə “Amerikanın Səsi” məlumat yayıb.

Uçuşların ləğvinə səbəb aviaşirkətlərin işçi çatışmazlığı ilə bağlıdır.

“Third Bridge” konsaltinq şirkətinin analitikləri hesab edirlər ki, ABŞ aviasiyasında hazırda pandemiyadan əvvəlki dövrlə müqayisədə təxminən 15% az işçi çalışır.

Bununla yanaşı, pilot çatışmazlığı bütün aviasiya sənayesində ən aktual problemdir.