Meksikanın qərb sahillərində 7,5 bal gücündə zəlzələ baş verib.
Yenicag.az xəbər verir ki, bu barədə ölkənin Milli Seysmologiya Xidməti məlumat yayıb.
Zəlzələnin ocağı Miçoakan ştatının La Placita de Morelos sahillərində 15 km dərinlikdə qeydə alınıb.
Zəlzələdən sonra Mexikoda binalar silkələnib və paytaxt sakinləri küçələrə axışıb.
Dağıntı və tələfatla bağlı məlumat verilməyib.
Sunami xəbərdarlığı edilib.