İtaliyanın baş naziri Cuzeppe Konte istefa verib.
Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə baş nazir özü açıqlama yayıb.
O, istefa ərizəsini ölkə prezidenti Serco Mattarellaya təqdim edəcəyini bildirib.
Qeyd edək ki, İtaliyada ötən ilin iyununda Kontenin rəhbərliyi ilə koalisiya hökuməti ölkənin idarəsinə başlayıb.