Bu ölkədə “Bing” axtarış sistemi qadağan edildi – Araşdırma aparılır

Çin höküməti “Google” və “Facebook” şirkətlərinin bir çox servislərinə ölkə ərazisində qadağa qoyub, lakin “Microsoft”un “Bing” axtarış sistemi yaxın zamanlaradək ölkədə fəaliyyət göstərirdi.

AZƏRTAC Çinin “China Unicom” mobil operator şirkətinin yaydığı məlumata istinadla xəbər verir ki, yanvarın 23-dən başlayaraq Çin ərazisində “Bing” axtarış sistemi işləmir. Belə ki, Çin hökümətinin tapşırığına əsasən, ölkə ərazisində cn.bing.com saytına girişə qadağa qoyulub. “Microsoft” şirkəti məsələ ilə bağlı araşdırma apardığını bəyan edib.

COP29