Venesuelada özünü prezident elan etmiş parlament spikeri Xuan Quaydo öz sosial şəbəkə hesabından əsgərləri və xalqı küçələrə çıxmağa dəvət edib.
Yenicag.az xəbər verir ki, yayılan videoda Quaydonun yanında xeyli sayda əsgərlərin olduğu görünür. Bundan sonra paytaxt Karakasta minlərlər əsgər qiyama qalxıb. Hakimiyyət tərəfindən verilən məlumata görə, qiyamı yatırmaq üçün həmlələr davam edir.
Qeyd edək ki, Venesuelada Quaydo tərəfdarı olan əsgərlər qollarına mavi bazubənd bağlayır.