Bu ölkədə çörəyin qiyməti bahalaşdı

Türkiyədə çörəyin qiyməti bahalaşıb.

Yenicag.az  xəbər verir ki, iyul ayından etibarən çörək Türkiyənin hər yerində eyni qiymətə satılacaq.

Türkiyə Çörəkçilər Federasiyasının prezidenti Halil İbrahim bildirib ki, yeni qərara əsasən, çörəyin qiyməti 7-7,5 lirə (50 qəpik) arasında olacaq.