!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu ölkədə daşqın və torpaq sürüşməsi: Təbii fəlakətlər 24 nəfərin həyatına son qoydu

!Reklam – Yazi

 

Qərbi Afrikanın Fil Dişi Sahili ölkəsində leysan yağışların səbəb olduğu sel və torpaq sürüşmələrində ən azı 24 nəfər həyatını itirib.

Yenicag.az xəbər verir ki, ölkənin Abidjan şəhərində 13 iyundan bəri yağan güclü yağış sel və torpaq sürüşmələrinə səbəb olub.

Fil Dişi Milli Mülki Müdafiə Ofisinin verdiyi açıqlamada evlərin və yolların su altında qaldığı, sel və torpaq sürüşmələrinin bütün şəhərdə ciddi fəsadlar törətdiyi bildirilib.

İyunun 13-dən 22-dək ən azı 24 nəfərin həyatını itirdiyi, yağışlardan sonra köməksiz vəziyyətdə qalan ən azı 271 nəfərin xilas edildiyi bildirilib. Vurğulanıb ki, bəzi rayonlarda yağıntılar mövsümi normadan 4 dəfə çox olub.

İsmayıl Bakuvi

www.yenicag.az

277
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv