İndoneziya sahillərində 5,5 bal gücündə zəlzələ qeydə alınıb.
Yenicag.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumatda qeyd olunur ki, yeraltı təkanların episentri 144 min insanın yaşadığı Qorontalo şəhərindən 112 km cənub-şərqdə yerləşib.
Zəlzələ ocağının dərinliyi 10 kilometr olub.