Bu ölkədə doğum səviyyəsinin artırılmasının yolunu tapıblar

Rusiyada doğum səviyyəsini artırmağın yolunu Rusiya Elmlər Akademiyasının (RAA) Mərkəzi İqtisadiyyat və Riyaziyyat İnstitutunun direktoru Albert Baxtizin tapıb.

Yenicag.az xəbər verir ki, Albert Baxtizin fikrincə ucuz mənzillər tikib, gənc ailələrə paylamaqla Rusiyada daha çox ailəni uşaq sahibi olmağa həvəsləndirəmək olar.

“İqtisadi artımın yüksəlməsi, uşaqlı ailələrə maddi dəstək, mənzil təminatının yaxşılaşdırılmasl, bir və ya iki valideyn üçün çevik iş saatları, uzadılmış valideyn məzuniyyəti, doğum səviyyəsinin artmasına kömək edir”, – deyən Baxtizin qeyd edib ki, bu məsələdə tikilən mənzillərin sayı deyil, ona əlçatanlıq önəmlidir: “Bunun üçün ölkədə ipoteka faizlərini azaltmaqla yanaşı, mənzil qiymətlərinə nəzarət etmək, əhalinin gəlirlərini artırmaq barədə düşünmək lazımdır”.

Qeyd edək ki, Rusiyada doğum səviyyəsinin aşağı düşməsi səbəbindən təbii artım başa vermir. 1991-ci ildə 148 milyon əhalisi olan Rusiyanın hazırda 143,6 milyon (Krımın əhalisi nəzərə alınmadan) vətəndaşı var. Rusiya demoqrafik böhran keçirən ölkələrdən hesab edilir.

COP29