Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Bu ölkədə Ebola epidemiyası elan edildi

Qvineya hakimiyyəti rəsmi olaraq ölkənin cənub-şərqində Ebola xəstəliyi epidemiyasının başladığını elan edib.

Yenicag.az xəbər verir ki, virus Nzereko prefekturası və Queke rayonunda qeydə alınıb.

“Səhiyyə nazirinin başçılıq etdiyi 14 fevral tarixli böhran iclasında epidemiyaya qarşı bir sıra tədbirlər həyata keçirilməsinə, o cümlədən Ebola xəstələri ilə təması olan hər kəsin müəyyənləşdirilməsinə və təcrid olunmasına qərar verildi”, – məlumatda bildirilib.

Qeyd edilib ki, görüş Ebola xəstələyinin əlamətləri olan dörd ölən şəxsdən qan analizlərinin alınmasından sonra keçirilib.

Loading...

www.yenicag.az

164