Bu ölkədə ərzaq qiymətləri kəskin bahalaşdı

Bu il Yaponiyada ərzaq qiymətlərinin artımının miqyası 2022-ci ilin səviyyəsini keçib.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, bu il 31,8 min ədəd ərzaq məhsulunda qiymət artımı qeydə alınıbsa, 2022-ci ildə bu, cəmi 25,7 min ədəddə müşahidə olunmuşdu.

Sentyabr ayında bu növ malların 4,6 min ədədində qiymət artımı qeydə alınıb. Xammalın bahalaşması ilə əlaqədar qiymət artımı davam edir.

2022-ci ildə Yaponiyada bütövlükdə ərzaq qiymətləri əvvəlki ilə nisbətən 14% artıb.

COP29