Bu ölkədə fövqəladə vəziyyət elan edildi – Hökumət buraxılır

Sudan prezidenti Ömər əl-Bəşir ölkədə bir il müddətinə fövqəladə vəziyyət elan edib.

Yenicag.az-ın məlumatına görə, prezident həmçinin hökumətin buraxıldığını da bildirib.

“Bütün ölkə ərazisində bir illik fövqəladə vəziyyət elan olunur. Milli Həmrəylik Hökuməti, bütün ştatlarda yerli hökumət orqanları buraxılır”, – deyə o bildirib./Trend/