Bu ölkədə fövqəladə vəziyyət elan edildi

Efiopiyada fövqəladə vəziyyət elan edib.

Yenicag.az “Əl-Cəzirə” telekanalının yaydığı məlumata istinadən xəbər verir ki, qərar paytaxt Əddis-Əbəbənin şimalında, Tiqray bölgəsi ilə sərhədə daha yaxın olan Amhara bölgəsindəki Dessiye və Kombolça şəhərləri ətrafında Efiopiya ordusu ilə “Tıqray Xalq Azadlıq Cəbhəsi”nin qüvvələri arasında qarşıdurmanın davam etməsilə bağlıdır.

Əddis-Əbəbə rəhbərliyi şəhər sakinlərinə yaxın iki gün ərzində paytaxtın müdafiəsinə hazır olmalarının vacibliyini bildirib.