ABŞ-ın Florida ştatında 67 dairədən 26-da fövqəladə vəziyyət rejimi elan edilib.
Yenicag.az xəbər verir ki, bu barədə qərarı ştatın rəhbərliyi “Maykl” qasırğası səbəbindən verib.
Məlumata görə, təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün ABŞ Milli Qvardiyasının 500 üzvü hazırlıq vəziyyətinə gətirilib.