Bu ölkədə fövqəladə vəziyyət ləğv olundu

Sudanda fövqəladə vəziyyət və komendant saatı ləğv olunub.

Yenicag.az-ın məlumatına görə, bu barədə ölkənin müvəqqəti hərbi şurasının yeni başçısı Əbdelfəttah Əl-Burhan deyib. “Fövqəladə vəziyyət və komendant saatının ləğv olunmasını elan edirəm”, – deyə Əl-Burhan bildirib.

O, həmçinin, qeyd edib ki, şuranın fəaliyyətdə olacaq dövr ən çoxu 2 il təşkil edəcək. Əl-Burhan şuranın hakimiyyəti mülki hökumətə ötürmək öhdəliyini də vurğulayıb.