Bu ölkədə fövqəladə vəziyyət rejimi uzadıldı

Fələstində yeni növ koronavirusa (COVİD-19) mübarizə çərçivəsində fövqəladə vəziyyət rejiminin müddəti daha bir ay uzadılıb.

Yenicag.az xəbər verir ki, ölkə prezidenti Mahmud Abbas dünən bununla bağlı sərəncam imzalayıb.

Qeyd edək ki, Fələstində yeni növ koronavirusa (COVİD-19) təxminən 33 min nəfər yoluxub. Onlardan 22,3 min nəfəri sağalıb, 192 nəfəri isə vəfat edib.