Bu ölkədə güclü yağış və qasırğa – Ölənlər var

Filippinin cənub-qərbində musson yağışları və qasırğalar nəticəsində azı 20 nəfər ölüb, 14 nəfər itkin düşüb.

Yenicag.az xəbər verir ki, Filippin rəsmiləri cənub-qərb mussonu və son iki tropik siklon – “Ferdi” və “Generin” birgə təsirləri barədə məlumat yayıb.

Milli Fəlakət Riskinin Azaldılması və İdarəetmə Şurası (NDRRMC) ölkə daxilində beş rayonda 20 ölüm xəbəri aldığını və rəqəmlərin hələ də yoxlanıldığını bildirib.

Keçən həftədən bəri əlverişsiz hava şəraiti səbəbindən Filippinin bəzi bölgələrində, o cümlədən Palavan əyalətində daşqınlar davam edir.

Əlverişsiz hava şəraitinin ölkə daxilində 12 bölgədə təxminən 600 min insana təsir etdiyini, fırtınaların 930 ev və infrastruktura ziyan vurduğu açıqlanıb.

İsmayıl Bakuvi

COP29