!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu ölkədə həkimlər tətilə başladı - SƏBƏB

!Reklam – Yazi

Hindistanın Tibb Assosiasiyası (IMA) bu gün ölkədə 24 saatlıq tətil elan edib.

Yenicag.az xəbər verir ki, buna səbəb Qərbi Benqal ştatında həkimlərə qarşı zorakılıq hadisəsidir. Tətil edənlərin tələbi tibb işçilərinin təhlükəsizliyinin təmin edilməsidir.

Tətilə ayrı-ayrı ştatlardan tibb heyəti qoşulub, yalnız Maxaraştra ştatında tətilə qoşulanların sayının 4,5 min nəfər olduğu bildirilir.

Tətil zamanı yalnız təcili yardım və bədbəxt hadisələrdən zərər çəkənlərə yardım göstəriləcək, xəstəxanalarda isə ümumilikdə iş dayandırılıb.

Qeyd edək ki, tətilə səbəb 1 həftə öncə Kəlküttədəki xəstəxanalardan birində vəfat edən yaşlı xəstənin qohumları tərəfindən həkimlərin döyülməsi olub.

www.yenicag.az

2524
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv