Bu ölkədə hər gün 4 qadın qətlə yetirilir

İnter-Amerika İnsan Hüquqları Komissiyasının hesabatına görə, Braziliyada hər gün orta hesabla dörd qadın qətlə yetirilir. Bu hesabatın açıqlanmasından sonra Rio-de-Janeyronun mərkəzində zorakılığa etiraz edən qadınların etiraz aksiyası keçirilib.

Yenicag.az xəbər verir ki, aksiya iştirakçıları 2019-cu ilin əvvəlindən Braziliyada 126 qadının öldürülməsi və zərif cinsin 67 nümayəndəsinin qətlinə cəhd cinayətlərin qarşısının alınması üçün tədbirlər görülməsi, qadın zorakılığına son qoyulması məqsədilə cinayət məcəlləsinə dəyişikliklər edilməsi tələbləri ilə çıxış ediblər. Bildirilib ki, təkcə Rio-de-Janeyro ştatında hər il orta hesabla 300, San-Pauloda isə 400 qadın qətlə yetirilir. Qatillərin əksəriyyəti öldürülənlərin həyat yoldaşı və ailə üzvləridir.

Braziliya Senatından etiraz aksiyası keçirənlərə bildiriblər ki, qanunverici orqan bu məsələ ilə əlaqədar qanunlara yeni əlavə və dəyişikliklər hazırlayır./AZƏRTAC/

COP29