!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu ölkədə kütləvi ölüm hökmü - 37 nəfər...

!Reklam – Yazi

Səudiyyə Ərəbistanında krallığın terrorçuluqda ittiham olunan 37 nəfər haqqında çıxarılan ölüm hökmü icra edilib.

Yenicag.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Daxili İşlər Nazirliyi informasiya yayıb.

Qeyd olunub ki, müttəhimlər ekstremist ideyaların həyata keçirilməsində, sabitliyin pozulması üçün terrorçu yuvalarının yaradılmasında, dinlərarası ədavətin qızışdırılmasında, ölkədəki sabitliyə və təhlükəsizliyə xələl gətirməkdə təqsirli biliniblər. Onlar, həmçinin partlayıcı qurğulardan istifadə etməklə güc strukturlarının qərargahına hücum etməkdə və təhlükəsizlik xidmətinin bir neçə əməkdaşını qətlə yetirməkdə ittiham ediliblər.

Edam hökmləri ölkənin altı şəhərində – Ər-Riyad, Məkkə, Mədinə, Əş-Şərqiyə, Əl-Qasım və Asir şəhərlərində icra edilib. Edam – Ər-Riyad, Məkkə, Mədinə, Şarkiyə, Kasim və Asirədə yerinə yetirilib.

Terakt törətməkdə ittiham olunaraq edam edilən şəxslərin hamısının Səudiyyə vətəndaşı olduğu qeyd edilib.

 

www.yenicag.az

12102
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv