Somalinin paytaxtı Moqadişoda təhlükəsizlik baxımından maska və papaqdan istifadə qadağan edilib.
Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, Moqadişu Bələdiyyəsinin sözçüsü Salah Dheere, mətbuata verdiyi açıqlamada, cinayət törədənlərin şəxsiyyətini gizlətdikləri üçün maska və papaqlardan istifadənin qadağan edildiyini açıqlayıb.
Dheere, həmçinin ictimai nəqliyyatda silah gəzdirməyin də qadağan olduğunu bildirib. Moqadişu hökuməti Əl-Şəbab terror təşkilatına qarşı əməliyyatlarını artırıb. Buna görə ki, təşkilat müxtəlif şəhərlərdə silsilə hücumlar həyata keçirir./unikal