Bu ölkədə məhdudiyyətlər ləğv edildi

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ)  koronavirusla bağlı bütün məhdudiyyətlər ləğv edilib.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, bu gündən etibarən tibb müəssisələri və sağlamlıq imkanları məhdud şəxslər üçün mərkəzlər istisna olmaqla, bütün açıq və qapalı müəssisələrdə, o cümlədən ibadət yerlərində və məscidlərdə maskaların taxılması qaydası ləğv edilir.