Ötən sutka ərzində Cənubi Koreyada yeni növ koronavirusa 107 nəfər yoluxub, 204 nəfər sağalıb.
Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, ölkədə yoluxma hallarının sayı 8086-ya çatıb, yoluxanlardan 72 nəfəri dünyasını dəyişib, 714 nəfər isə sağalıb.
Qeyd edək ki, dünyanın 120-dən çox ölkəsində 130 mindən artıq insan koronavirusa yoluxub.