Ukrayna sakinləri onlayn nikaha girə biləcəklər.
Yenicag.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, bunu Ukraynanın rəqəmsal transformasiya naziri Mixail Fedorov bildirib.
Onun sözlərinə görə, dövlət xidmətlərinin “DİE” elektron platforması vasitəsilə onlayn nikahı qeydiyyata almaq mümkündür.
Nazir qeyd edib ki, prosedur tam təhlükəsiz olacaq və video formatda aparılacaq.