!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu ölkədə pişiklərin çölə çıxması qadağan edildi - SƏBƏB

!Reklam – Yazi

Avstraliyanın Melburn şəhərində pişiklərin çölə çıxması qadağan edilib.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, yerli idarəetmə sahəsi Knoksda oktyabrın 1-dən etibarən pişiklərin çölə çıxmasına icazə verilməyəcək.

Sözügedən qərarın qəbul edilməsi vəhşi təbiətin qorunması ilə əlaqələndirilir.

Pişiyini çölə çıxarmaq istəyənlərə isə ancaq həyətyanı sahəyə dəmir tor çəkilməsi şərtilə icazə veriləcək.

Qadağanın ilk 6 ayında qərara uymayanlar sadəcə sözlə tənbeh ediləcək, 6 aydan sonra isə tənbehlər pul cəzası ilə (birinci dəfə üçün 91, təkrarlandığı halda, 545 Avstraliya dolları) əvəzlənəcək.

7 mindən çox pişiyin olduğu bölgədə bu heyvanların digər kiçik məməlilərə, quşlara qarşı “amansız” davranışının qərarın qəbul edilməsində əsas rol oynadığı bildirilir.

www.yenicag.az

642
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv