Prezident seçkiləri üçün səsvermənin yekunlaşdığı Şri-Lankada polis yerli vaxtla səhər saat 06:00-a qədər komendant saatı elan edib.
Yenicag.az xəbər verir ki, qərargahı Şri-Lankanın paytaxtı Kolomboda yerləşən “Newswire” saytının xəbərinə görə, seçici sayının 17 milyonu keçdiyi ölkədə səsvermə prosesi insidentsiz başa çatıb.
Əhalinin təhlükəsizliyi üçün polis bu axşam saat 22:00-dan sabah səhər saat 06:00-a qədər komendant saatı elan edib.
Ada ölkəsində səslərin sayılması davam edərkən, yekun nəticələrin sabah açıqlanması gözlənilir.
Seçkilər 2022-ci ildə baş verən ağır iqtisadi böhrandan sonra ilk prezident seçkiləri idi. Ölkənin iflas elan etməsinə səbəb olan iqtisadi böhran hökumətin devrilməsinə səbəb olub.