Bu ölkədə prezident şəhər əhalisini kəndə köçməyə çağırdı – SƏBƏB

Zambiya prezidenti şəhər əhalisini kəndə köçməyə çağırıb.

Yenicag.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Məlumatda bildirilir ki, Zambiyada vəba xəstəliyinə yoluxma hallarının artması səbəbindən ölkə prezidenti şəhər əhalisini müvəqqəti olaraq kəndlərə köçməyə çağırıb.

Qeyd edək ki, oktyabrdan bu yana ölkədə 7500-dən çox vəba xəstəliyinə yoluxma halı təsdiqlənib. Ölənlərin sayı 300-ü keçib.

Qonşu ölkələrdə də vəba ilə bağlı vəziyyət ürəkaçan deyil.

Şəhərlərdəki əhali sıxlığı və çirkli hava xəstəliyin artmasına səbəb olur. Ona görə də ölkə rəhbərliyi şəhər sakinlərini təcili kəndlərə köçməyə çağırır.

Xuraman Etibarlı

COP29