Bu ölkədə qırmızı işıqda keçməyə qanunla icazə var – MARAQLI FAKT – VİDEO

Amerikada yaşayan azərbaycanlı sürücünün çəkdiyi video sosial şəbəkə izləyicilərinin marağına səbəb olub.

Yenicag.az xəbər verir ki, sürücü Amerikadakı yol hərəkəti qaydaları ilə bağlı maraqlı faktı təqdim edib. O bildirir ki, svetoforun qırmızı işığı yanan zaman digər istiqamətdən gələn nəqliyyat vasitələrinə mane olmamaq şərtilə sağa dönmək olar. Bunu qanunvericiliyə salmaqda məqsəd yolda sıxlıqların qarşısını almaqdır./avtosfer/