Bu ölkədə Ramazana görə iş saatı qısaldıldı

BƏƏ-də İnsan Resursları və Əmirlik Nazirliyi Ramazan ayı ərzində iş vaxtını 2 saat qısaltmaq qərarına gəlib.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, ölkədəki şirkətlər də Ramazan ayı ərzində gündəlik iş saatları daxilində və işin xüsusiyyətinə uyğun olaraq çevik və ya uzaqdan iş qrafiklərinə riayət etmək imkanı əldə edəcəklər.

İş saatlarının tənzimlənməsi həm oruc tutan, həm də oruc tutmayan işçilərə tətbiq edilərək, onların Ramazan ayında mənəvi fəaliyyətlərdə və mədəni təcrübələrdə iştirakını asanlaşdıracaq.

Nazirlik bildirib ki, Ramazan ayı ərzində bütün nazirliklər və federal qurumlar bazar ertəsindən cümə axşamına kimi səhər saat 09.00-dan günorta 14.30-a kimi işləyəcək. Cümə günləri, işin mahiyyəti başqa hal nəzərdə tutulmadıqda, iş vaxtı səhər saat 09.00-dan günorta 12.00-a kimi olacaq.

COP29