Bu ölkədə səkkiz günlük komendant saatı tətbiq ediləcək

İraq səkkiz günlük komendant saatı tətbiq ediləcək elan edib.

Yenicag.az xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.

Məlumatda bildirilib ki,  yeni növ koronavirus pandemiyası səbəbindən sutkalıq kamendant saatı mayın 22-də başlayacaq və mayın 30-dək davam edəcək.

İraq sakinləri müqəddəs Ramazan bayramını evdə keçirəcəklər.

Qeyd edək ki, İraqda 3 260 nəfər koronavirusa yoluxub, 121 nəfər ölüb, 2126 nəfər sağalıb.

COP29