Bu ölkədə sünnət qadağan edilir – Cəzası 6 il həbs!

İslandiyada oğlan uşaqlarının sünnət olunmasını qadağan edən qanun təklif edilib.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, qanun təsdiqlənəcəyi halda, İslandiya sünnəti qadağan edən ilk Avropa ölkəsi olacaq.

Maraqlıdır ki, qanüun qüvvəyə minəndən sonra buna əməl etməyənlərə 6 il həbs cəzası veriləcək.

Ölkədə yaşayan müsəlmanlar və yəhudilər buna etiraz ediblər. Onlar bunu dini sərbəstliyə müdaxilə adlandırıblar.

Qeyd edək ki, 336 min əhalisi olan İslandiyada 1500-ə yaxın müsəlman, 250 yəhudi yaşayır.

COP29