Bu ölkədə tələbə etirazları: Ölənlər və yüzlərlə yaralı var – Tətillər başladı

Banqladeşdə davam edən etirazlar daha sərt xarakter almağa başlayıb.

Yenicag.az yerli “Jugantor” qəzetinə istinadla xəbər verir ki, tələbələrin başlatdığı etirazlarda 10-16 nəfər ölüb, 500-dən çox yaralı var.

Yerli medianın məlumatına görə, tibb müəssisələri və kritik infrastruktur obyektlərinin işçilərindən başqa, bütün sahələrdə tətillər başlayıb.

Xatırladaq ki, Banqladeşdə tələbələr kvotalara etiraz edərək, onlara ayrı-seçkilik olduğunu deyirlər. 170 milyonluq ölkədə 32 milyona yaxın gənc işsiz və ya təhsilsizdir.

Tələbə etirazları bu ay Ali Məhkəmənin azadlıq döyüşçülərinin qohumları üçün 30% məşğulluq kvotasının ayırmasına dair qərarından sonra başlayıb. Məhkəmə məsələyə daha yaxından baxmaq üçün hökmü bir ay müddətinə dayandırsa da, hazırda paytaxt Dəkkə daxil olmaqla ölkənin bütün şəhərlərində genişmiqyaslı etirazlar davam edir.

Rafi Müslümov

COP29