Bu ölkədə “Telegram” qadağan edildi

Braziliya Ali Federal Məhkəməsinin qərarı ilə ölkə ərazisində “Telegram” tətbiqi bloklanacaq.

Yenicag.az-ın məlumatına görə, bu barədə ölkənin “Qlobu” media holdinqi bildirib.

Məlumata əsasən, bu tədbir Telegram-ın yalan məlumat yayan istifadəçilərin bloklanması ilə bağlı məhkəmə qərarına cavab verməməsindən sonra qəbul edilib.

Qeyd olunub ki, qərar icra mərhələsindədir, internet provayderlərə Braziliyada tətbiqi bloklamaq üçün tədbirlər görmək tapşırılıb.