Bu ölkədə torpaq sürüşməsi: Ölənlərin sayı 150-ni keçdi

Efiopiyanın Qofa bölgəsində baş verən sürüşmə nəticəsində həyatını itirənlərin sayı 157-yə yüksəlib.

Yenicag.az xəbər verir ki, ötən gün güclü yağışlar nəticəsində Qofa bölgəsində torpaq sürüşməsi baş verib.

Ölkənin Milli Fəlakətlərə Müdaxilə Agentliyinin Qofa bölgəsinin rəhbəri Markos Melese sürüşmə ilə bağlı açıqlama verib və sürüşmədə həyatını itirənlərin sayının 157-yə yüksəldiyini bildirib.

Qeyd edək ki, Efiopiyada iyul ayında başlayan yağışların sentyabrın ortalarına qədər davam edəcəyi gözlənilir.

İsmayıl Bakuvi

COP29