Bu ölkədə uşaq intiharı milli fəlakət həddinə çatıb – 1 ildə 250 fakt

Yaponiyada uşaq və yeniyetmələrin intihar halları son 30 ildə ən yüksək həddə çatıb.

Yenicag.az BBC-yə istinadən xəbər verir ki, bu barədə məlumatı Yaponiyanın Təhsil Nazirliyi açıqlayıb.

Qeyd olunur ki, təkcə 2016-cı ilin martından 2017-ci ilin martına qədər olan müddətdə uşaqların 250 intihar faktı qeydə alınıb. Cəmi bir il ərzində bu dəhşətli statistika 5 dəfə (1250) artaraq, 1986-cı ildən sonra ən yüksək həddə çatıb.

Araşdırmaya əsasən, intihara əl atan uşaqlar bu qərarlarını ailədaxili problemlərlə əlaqələndirərək, gələcəyə ümidlərini itirdikləri üçün canlarına qıydıqlarını yazıblar.

Bununla belə, intihar edən uşaqların bir çoxunun bu addımı atmalarının səbəbi qeyri-müəyyən qalıb.

Yaponiyanın təhsil naziri Noriaki Kizataki uşaqların intihar hallarını milli fəlakət adlandıraraq, bu dəhşətli tendensiyanın dayandırılması üçün təcili tədbirlər görməyə çağırıb.

COP29