Bu ölkədə uşaqlara sosial media qadağan edilir

Avstraliyanın cənubunda 14 yaşdan kiçik insanlara sosial medianın qadağan edilməsi məsələsi təklif olunub.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin Ali Məhkəmənin keçmiş hakimi Robert Frans kiçik yaşlı uşaqların sosial mediadan istifadəsi ilə bağlı hüquqi problemləri araşdıran hesabat hazırlayıb.

Baş nazir Malinauskas açıqlamasında bu hesabata daxil edilən qanun layihəsinə əsasən, 14 yaşından kiçik uşaqların sosial mediadan istifadəsinin qadağan edilməli olduğunu bildirib.

Sosial medianın avstraliyalıların psixi sağlamlığına dağıdıcı təsirləri olduğunu deyən baş nazir bütün ştatları bu hesabatı qəbul etməyə çağırıb.

Qanun layihəsində 14 yaşından kiçik uşaqların sosial mediadan istifadəsinin qadağan edilməsi və uşaqların bu platformalarda profil açdıqları təqdirdə şirkətlərin cərimələnməsi daxildir.

COP29