Bu ölkədə “Vaqner”ə görə Təhlükəsizlik Şurasının təcili iclası çağırıldı

Estoniyada “Vaqner” özəl hərbçilərinin Belarusda olması ilə əlaqədar Milli Təhlükəsizlik Şurasının təcili iclası çağırılıb.

Yenicag.az xəbər verir ki, bu barədə Estoniya prezidenti Edqars Rinkeviç “X” sosial şəbəkəsində yazıb.

“Bu gün Milli Təhlükəsizlik Şurasının iclasını çağırdım. Gündəmdə hibrid müharibə kontekstində cəza siyasəti, şərq sərhədindəki vəziyyət və “Vaqner” qrupunun Belarusda yerləşməsi var”, – deyə ölkə rəhbəri bildirib.