Rusiya məhkəməsi “Vikipediya”dakı saxta məlumatları silmədiyinə görə platforma sahibini 2 milyon rubl cərimələyib.
Yenicag.az xəbər verir ki, Rusiya Federal İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət Agentliyinin (Roskomnadzor) “Vikipediya” Fonduna qarşı qaldırdığı iddiaya paytaxt Moskvanın Taqanski Məhkəməsində baxılıb.
Vikipediyada Rusiya ordusu ilə bağlı saxta məlumatların silinmədiyini əsas gətirərək qanuna əməl edilmədiyinə qərar verən məhkəmə “Vikipedia” Fondunu 2 milyon rubl cərimələyib.
Vikipediya daha əvvəl də oxşar səbəblərə görə 5 milyon rubl cərimə olunmuşdu./Report/