Bu ölkədə zinaya görə həbs cəzası var idi – 158 illik qanun ləğv edildi

Hindistanda zinaya görə verilən həbs cəzası aradan qaldırılıb.

Yenicag.az xəbər verir ki, bu barədə sözügedən ölkənin Ali Məhkəməqri qərar qəbul edib.

Bununla da 158 illik qanun ləğv edilib. Məhkəmənin sədri Dipak Misra bildirib ki, zina uğursuz evliliyin nəticəsi ola bilər, amma buna görə cəza verilməməlidir. Onun sözlərinə görə, kişi qadının ağası deyil.

Qeyd edək ki, indiyədək zina edən şəxslərə 5 ilədək həbs cəzası verilməklə yanaşı, pul cəriməsi də kəsilirdi.

COP29