Rusiyaya qarşı döyüşən Ukraynaya 5 milyon Yeni Zelandiya dolları (təxminən 3,45 milyon ABŞ dolları) dəyərində qeyri-öldürücü hərbi təchizat verəcəyik.
Yenicag.az xəbər verir ki, bunu Yeni Zelandiyanın Baş naziri Casinda Ardern deyib.
Onun sözlərinə görə, yardım materialları arasında yanacaq, dəbilqə, polad jilet, kamuflyaj jiletləri, rabitə və ilk hərbi yardım dəstləri yer alacaq.