Bu ölkələr Rusiyaya qarşı sanksiya tətbiq edəcək

Yaponiya, Avstraliya və Yeni Zelandiya Ukraynaya qarşı başlatdığı müharibəyə görə Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib.

Yenicag.az xəbər verir ki, Yaponiya müdafiə sektoru rəsmiləri və dövlət silah ixracatçısı Rosoboronexport da daxil olmaqla 15 rus fiziki və doqquz qurumuna sanksiya tətbiq edəcək.

Aktivlərin dondurulmasını nəzərdə tutan sanksiyalara əsasən, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova, oliqarx Süleyman Kərimov və Rusiya Federasiyasının müdafiə nazirinin səkkiz müavini daxildir. Şirkətlər arasında “Rosoboroneksport”, “Rusiya Helikopterləri”, “Birləşmiş Aviasiya Korporasiyası”, “Uralvaqonzavod” və digər şirkətlərə qarşı sanksiyalar tətbiq edilib.

Ümumilikdə, Rusiyanın Ukraynaya təcavüzündən sonra Yaponiya Rusiyada 76 nəfərə, 7 banka və 12 digər təşkilata qarşı sanksiya tətbiq edib./Unikal/

COP29