Moldova, Rumıniya və Ukrayna malların daşınmasını sürətləndirmək üçün birgə sərhəd nəzarəti haqqında razılığa gəliblər.
Yenicag.az xəbər verir ki, üç ölkənin hökumət nümayəndələrinin Kişinyovda keçirilən görüşündə razılıq əldə olunub.
“Tərəflər Moldova-Ukrayna bölməsində birgə gömrük nəzarəti və Moldova-Rumıniya sərhədi bölməsində sərhəd koordinasiya məntəqəsi vasitəsilə sərhəd-keçid proseslərini optimallaşdırmaq barədə razılığa gəliblər. Bu tədbirlər üç ölkənin ərazisindən malların ixracını, idxalını və tranzitini asanlaşdırmaq üçün nəzərdə tutulub”, – Moldova İnfrastruktur Nazirliyi öz Facebook səhifəsində bildirib./unikal