Bu ölkələr Ukraynaya nasaz təyyarələr göndərdi

Polşa və Slovakiya Ukraynaya nasaz təyyarələr verib.

Yenicag.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.

Məlumata görə, bu ölkələr son vaxtlar Ukraynaya 8 ədəd MiQ-29 göndərib:

“Lakin məlum olub ki, onların əksəriyyəti “nasazdır”, ona görə də qırıcıları söküb ehtiyat hissələri kimi istifadə etmək lazımdır. Bundan əlavə, Ali Radanın deputatı Aleksandra Ustinova ABŞ-ın Kiyevə tələb olunduğundan xeyli az miqdarda silah tədarük etməsindən şikayətlənib”.

Qeyd edək ki, NATO ölkələri Almaniyanın Ramşteyn bazasında Ukrayna üzrə təmas qrupunun iclasında Qərb təyyarələrinin Ukraynaya təhvil verilməsini müzakirə edəcəklər.