!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu ölkələr vətəndaşlarına ABŞ-a səyahətlə bağlı xəbərdarlıq etdi

!Reklam – Yazi

Son günlər Birləşmiş Ştatlarda 31 nəfərin ölümünə səbəb olan kütləvi qırğınlardan sonra iki ölkə öz vətəndaşlarına ABŞ-a səyahətlə bağlı xəbərdarlıq edib.

Yenicag.az xəbər verir ki, Uruqvay və Venesuelanın Xarici İşlər nazirlikləri bəyanat yayaraq öz vətəndaşlarına ABŞ-da olan təhlükəli vəziyyət barədə xəbərdar ediblər. Uruqvayın xarici siyasət idarəsi bildirib ki, “vətəndaşları ABŞ-da nifrət, irqçilik və ayrı-seçkilik zəminində baş verən cinayətlərə qarşı hazırlıqlı olmalıdırlar”. Bu ölkənin ABŞ-a səyahət edən sakinlərinə “CEOworld Magazine 2019 index” cədvəlinin versiyasına görə, dünyanın ən təhlükəli yerlərindən biri hesab olunan Detroyt, Baltimor və Albuquerq şəhərlərinə səyahət etməmək tövsiyə olunub. Bəyanatda yerli hakimiyyət orqanlarının silahlı hücumların qarşısını almağa qadir olmadıqları da qeyd edilib.

Venesuela Xarici İşlər Nazirliyinin bəyanatında isə Texas ştatının El-Paso və Ohayo ştatının Dayton şəhərlərində törədilmiş kütləvi qırğınlardan sonra bu ölkənin vətəndaşlarına ABŞ-a səyahəti təxirə salmaq tövsiyə edilir. Qeyd olunur ki, Birləşmiş Ştatlarda miqrantlara qarşı nifrət zəminində törədilən cinayətlər “Vaşinqtonun yürütdüyü ayrı-seçkilik siyasətinin nəticəsidir”. Bəyanatda deyilir ki, federal hakimiyyət orqanları bu cinayətlərin qarşısını almaqda acizdir.

www.yenicag.az

663
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv