Bu ölkələrdə rekord istilərin olacağı gözlənilir

Bu həftə Avropanın bir sıra ölkələrində rekord istilər gözlənilir.

Yenicag.az xəbər verir ki, Saxaradan gələn isti hava kütləsi ilə əlaqədar Fransa, Almaniya və Belçikada iyunun 27-i və 28-də 35 dərəcə temperatur proqnozlaşdırılır.

Belçikada hökumət əhaliyə açıq havada az olmağı, vaxtın əksər hissəsini sərin yerlərdə keçirməyi tövsiyə edir./Trend/