“Bu ölkələrdə siyasi məntiq yoxdur” – İran XİN

İngiltərə, Fransa və Almaniya dünənki birgə bəyanatında İran və onun müttəfiqlərindən İsrailə qarşı gərginliyi artıracaq və atəşkəs və girovların azad edilməsi imkanlarını təhlükə altına salacaq hücumlardan çəkinməyi xahiş ediblər

Yenicag.az xəbər verir ki, Bunun fonunda İran XİN İran Fransa, Almaniya və İngiltərənin mötədil çağırışlarına reaksiya verib.

İran Xarici İşlər Nazirliyi Fransa, Almaniya və İngiltərənin mötədilliyə dair çağırışlarının “siyasi məntiqə malik olmadığını və beynəlxalq hüququn prinsiplərinə zidd olduğunu” bəyan edib.

Qeyd edək ki, İranın dəstəklədiyi HƏMAS-ın siyasi lideri İsmayıl Haniyə iyulun 31-də İranın paytaxtı Tehranda qətlə yetirilib və bu sui-qəsddən sonra İran İsraili qisas alacağı ilə hədələyib. İran İsraili sui-qəsdə görə məsuliyyət daşısa da, İsrail məsuliyyəti üzərinə götürməyib.

COP29